8 AYDA 9 MİLYARD İTİRMİŞİK… - 2 il əvvələ nisbətən neft gəlirimiz 3 dəfə azalıb

19-09-2016, 23:10           
8 AYDA 9 MİLYARD İTİRMİŞİK… - 2 il əvvələ nisbətən neft gəlirimiz 3 dəfə azalıb
Qaz ixracı isə 46 faiz azalıb

2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 4 milyard 165 milyon 218 min dollarlıq xam neft ixrac olunub.“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin ilk 8 ayı ilə müqayisədə xam neft ixracı 35% azalıb.
2015-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 6 milyard 394 milyon 879 min dollarlıq, 2014-cü ilin 8 ayı ərzində isə 13 milyard 129 milyon dollarlıq xam neft ixrac olunmuşdu. Beləliklə, son 2 ildə neftdən gəlirimiz 3 dəfədən çox azalıb.

2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 236 milyon 435 min dollarlıq neft məhsulları (56% azalıb), 632 milyon 993 min dollarlıq təbii qaz (46% azalıb), 8 milyon 882 min dollarlıq elektrik enerjisi ixrac olunub (23% azalıb).
Qeyd edək ki, 2015-ci ilin ilk 8 ayı ərzində Azərbaycandan 1 milyard 167 milyon 173 min dollarlıq təbii qaz ixrac olunmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.