Bakı yağışa təslim oldu- Meriya tam iflic vəziyyətində FOTO/VİDEO

28-09-2016, 23:18           
Bakı yağışa təslim oldu- Meriya tam iflic vəziyyətində FOTO/VİDEO
İnsanlar yolda qalıb, maşınlar küçələrdəki seldə batıb


Musavat.com xəbər verir ki, jurnalistlər və digər ictimaiyyət nümayəndələri paytaxt küçələrindəki vəziyyət barədə "facebook" səhifələrində foto və video paylaşıblar.

Yağışda zərər çəkənlərdən biri də Jurnalist Mahir Məmmədlidir. O, öz "facebook" hesabında başına gələnləri yazıb:

"Maşın suyun içində söndü. İndi qalmışam maşında. Nə gedə bilirəm, nə də düşə bilirəm. Hər tərəf göldü."

Qeyd edək ki, sinoptiklər Bakıda və Abşeron yarımadasında hələ iki gün yağmurlu hava şəraitinin davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.


*****

Bakıya güclü yağış yağır.

“Report”un xəbərinə görə, paytaxtın əksər küçələrini su basıb, nəticədə bir sıra küçə və prospektlərdə avtomobillərin böyük tıxacı yaranıb.

Yollarda nəqliyyatın sıxlığı yarandığına görə avtobuslar hərəkət qrafiki üzrə gecikir, şəhər sakinləri mənzil başına çatmaqda çətinlik çəkirlər.
teref.az-nun apardığı müşahidələr onu göstərdi ki, şəhər komunal təsərüfatı tam iflic vəziyyətdədirlər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.