Çinli kişinin qan rəngi həkimləri təəcübləndirdi

13-12-2024, 09:58           
Çinli kişinin qan rəngi həkimləri təəcübləndirdi
Çində bir kişi ağ qanla xəstəxanaya yerləşdirilib.Foodinfoa.az “Çempionat”a istinadən xəbər verir ki, Çinin Fujian əyalətindən olan 30 yaşlı kişi bir həftə fasiləsiz fast food qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilib.O, şiddətli qarın ağrısı ilə tibb müəssisəsinə aparılıb və analizlər onun qanının süd rəngində olduğunu göstərib.Xəstəxanaya daxil olandan sonra vəziyyəti ağır olan xəstə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona hiperlipid pankreatit, qanda lipidlərin yüksək olması nəticəsində yaranan mədəaltı vəzinin iltihabı diaqnozu qoyublar. Həkimlərin fikrincə, xəstəliyə kişinin qidalanması səbəb olub.Müayinə zamanı həkimlər xəstədə son dərəcə yüksək trigliseridlər qeydə alıblar ki, bu da onun qanına xarakterik ağ rəng verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru