İki keçmiş nazir həbs olundu

14-12-2024, 00:12           
İki keçmiş nazir həbs olundu
Monteneqroda iki keçmiş kənd təsərrüfatı naziri korrupsiya ittihamı ilə həbs edilib.

Monteneqronun Xüsusi Dövlət Prokurorluğu iki keçmiş kənd təsərrüfatı naziri - Petar İvanoviç və Milutin Simoviç barəsində həbs qətimkan tədbiri seçib. Keçmiş nazirlər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir, eyni zamanda, Monteneqro dövlətinə yüz minlərlə avroya başa gələn vəsaitləri seçilmiş qeyri-hökumət təşkilatlarına yönəltməkdə ittiham olunurlar.

Qeyd edək ki, Milutin Simoviç 2016-2020-ci illərdə Baş nazirin müavini və kənd təsərrüfatı naziri olub.

Nazirlərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş dövlət katibi, Maliyyə, Mühasibat uçotu və Dövlət Satınalmaları Departamentinin keçmiş rəhbəri Nemanya Katniç də həbs edilib.Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru