Elçin Behbudov: “Cahangir Hacıyevlə bağlı yayılan xəbərlərin əksəriyyəti yalandır. "

2-06-2015, 14:39           
Elçin Behbudov:  “Cahangir Hacıyevlə bağlı yayılan xəbərlərin əksəriyyəti yalandır. "
“Cahangir Hacıyevlə bağlı yayılan xəbərlərin əksəriyyəti yalandır. Onu heç kim həbs etməyib, hazırda Azərbaycandadır”

Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ölkədən qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən E.Behbudov bunun cəfəngiyyat olduğunu bildirib.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev oliqarxların həbsindən sonra ölkəni tərk edib. Hətta onun həbs ediləcəyi də iddialar sırasındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.