Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara başladı

1-04-2025, 08:38           
Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara başladı
Göyçay rayonunda bir kişinin ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.

TEREF "Teleqraf"a istinadən xəbər verir ki, rayon ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru