ABŞ sakini 40 illik uğursuzluqdan sonra lotereyada milyonlar uddu

1-05-2025, 16:28           
ABŞ sakini 40 illik uğursuzluqdan sonra lotereyada milyonlar uddu
ABŞ-də 60 yaşlı kişi 40 illik uğursuzluqdan sonra lotereyada 6 milyon dollar udub.

Bu barədə UPI nəşri yazıb.

Məlumata görə, Miçiqan ştatının sakini Sterlinq-Xaytsdakı ərzaq mağazasından növbəti dəfə lotereya bileti alıb və bu dəfə uğur onun üzünə gülüb. Şanslı kişi etiraf edib ki, 40 ildən artıqdır lotereya oynayır, lakin heç vaxt böyük məbləğdə pul qazanmayıb.

"Mən biletdəki qoruyucu təbəqəni pozanda və 6 milyon dollar zənginləşdiyimi görəndə az qala huşumu itirəcəkdim! Gördüklərimə əmin olmaq üçün lotereya tətbiqində hər şeyi yenidən yoxlamalı oldum", - deyə o qeyd edib.

Kişi bildirib ki, qazandığı pulun bir hissəsini səyahətə xərcləyəcək, qalanını isə əmanət hesabına qoyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru