FHN Kəmaləddin Heydərovun oğluna məxsus obyektin istismarına icazə verdi - "GÖZLƏNİLMƏZ" OLDU...

2-05-2025, 00:03           
FHN Kəmaləddin Heydərovun oğluna məxsus obyektin istismarına icazə verdi - "GÖZLƏNİLMƏZ" OLDU...
Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Tale Kəmaləddin oğlunun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 1 094,25 kvadratmetr olan bina 3 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN inzibati binaya 14 aprel 2025-ci il tarixli 06152 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, 3 mərtəbəli obyektin sifarişçisi olan Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur.
Tale Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbinin”, “TEAS Nəşriyyat Evinin” və “Libraff” kitab mağazalarının sahibidir. Tale Heydərov eyni zamanda qeyd edir ki, o “Gilan Holdinq”in İdarə heyətinin sədridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru