Polşanın keçmiş prezidenti xəstəxanalıq oldu, əməliyyat keçirdi

4-07-2025, 17:44           
Polşanın keçmiş prezidenti xəstəxanalıq oldu, əməliyyat keçirdi
Polşanın keçmiş prezidenti, Nobel mükafatı laureatı Lex Valensa xəstəxanaya yerləşdirildiyini bildirib.

"RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, 81 yaşlı Valensa "Facebook"da xəstəxana çarpayısında çəkilmiş şəklini yayıb.

Valesanın köməkçisi Marek Kaçmar keçmiş prezidentin təcili əməliyyat olunduğunu bildirib:

"Prezidentin səhhəti yaxşıdır. O, hazırda Varşava xəstəxanalarından birindədir. Bu gün xəstəxananı tərk etməyəcək".

Lakin Kaçmar Valensanın hansı əməliyyat keçirdiyini açıqlamayıb.

Qeyd edək ki, Valensa uzun müddətdir diabetdən əziyyət çəkir və ürəyində problemlər var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru