Fransada arı hücumu nəticəsində 24 nəfər yaralanıb

Bu gün, 07:04           
Fransada arı hücumu nəticəsində 24 nəfər yaralanıb
Fransanın cənub-mərkəzində yerləşən Aurillac şəhərində arıların gözlənilməz hücumu nəticəsində 24 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti əvvəlcə ağır olub, lakin hazırda sabitləşib.
Gardian xəbər verir ki, Kantal prefekturasının verdiyi məlumata görə, arılar təxminən 30 dəqiqə ərzində yoldan keçən insanlara hücum edib. Yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları zərərçəkənlərə müdaxilə edib.

Vəziyyəti ağır olan üç nəfər yerli xəstəxanaya təxliyə olunub. Aurillac şəhərinin meri Pier Mathonier, BFM TV-yə açıqlamasında bildirib ki, onların səhhəti artıq yaxşılaşıb. Merin sözlərinə görə, yaralılardan biri, 78 yaşlı şəxs reanimasiyaya yerləşdirilib.

Hadisənin səbəbi kimi otel damında illər əvvəl qurulmuş arı pətəyinə Asiya eşşəkarıları (hornetləri) tərəfindən edilən hücum göstərilir. Merin açıqlamasına əsasən, bu hücum arıların narahat olub kütləvi şəkildə insanlara hücum etməsinə səbəb olub.

Pətəklər dərhal ərazidən götürülüb və şəhərdən kənara daşınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.