Husilər Qırmızı dənizdə gəmi batırdılar

8-07-2025, 09:08           
Husilər Qırmızı dənizdə gəmi batırdılar
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərin hücumuna məruz qalan "Magic Seas" quru yükdaşıyan gəmi Qırmızı dənizdə batıb.

Demokrat.az xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Sariya öz "Telegram" kanalında yazıb.

"Magic Seas" gəmisi silahlı qüvvələrimiz ona zərbə endirdikdən sonra tamamilə dənizin dərinliklərində batıb", - deyə o bildirib.

Onun sözlərinə görə, gəmi Fələstin limanlarına giriş qadağasına məhəl qoymadığı üçün hücuma məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru