İstilər səbəbilə komendant saatı elan edildi: Qərar iyulun 27-dək qüvvədə olacaq
Dünən, 09:18
Kiprdə hava temperaturunun yüksəlməsi ilə əlaqədar səlahiyyətlilər əhalinin sağlamlığını qorumaq üçün yeni qərar qəbul ediblər. Referans Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə istilər səbəbilə komendant saatı elan edilib. Meteoroloqların sözlərinə görə, günün ən isti saatlarında çöldə işləmək qadağandır: “Temperaturun 35-45 dərəcə selsiyə çatdığı Kiprdə saat 12:00-dan 16:00-a qədər çöldə işləmək qadağandır”. Ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qadağanın iyulun 27-dək qüvvədə qalacağını açıqlayıb.\\Publika.az