"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Dünən, 17:57
"Dərman vasitələri haqqında" qanuna əsasən, ölkəyə dərman vasitələrinin idxalı dövlət tərəfindən deyil, ixtisaslaşdırılmış özəl şirkətlər tərəfindən həyata keçirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekpsertiza Mərkəzindən (AEM) məlumat verilib.
"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Qlisin" N50, 100 mq, dilaltı tablet dərman vasitəsinin son idxalına 30 aprel 2025-ci il və 24 iyun 2025-ci il tarixlərində icazə verilib. Həmin idxal partiyaları çərçivəsində 30.04.2025 tarixində 20 000 qutu, 24.06.2025 tarixində isə 16 200 qutu dərman vasitəsi ölkəyə idxal edilib", - məlumatda deyilib.
Bildirilib ki, "Qlisin"in satışdan yığışdırılması ilə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı rəsmi qərar və ya göstəriş daxil olmayıb.
Qeyd edək ki, sözügedən dərman vasitəsi əsasən stress əleyhinə istifadə edilir. Uzun müddətdir ki, apteklərdə tapılmır, stoklarda da "yoxdur" göstərilir.