Titulunu qoruması üçün Aleksandr Usikin qarşısında şərt qoyuldu
Dünən, 17:34
Ağır çəkidə boks üzrə mütləq dünya çempionu olan ukraynalı Aleksandr Usik Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qorumaq üçün yeni zelandiyalı iddiaçı Cozef Parkerə qarşı döyüş keçirməli olacaq.
Bu barədə təşkilatın Mətbuat Xidməti məlumat yayıb.
WBO boksçulara danışıqlar aparmaq üçün 30 gün vaxt verib. Usik döyüşməkdən imtina edərsə, o, ötən həftə Beynəlxalq Boks Federasiyasının (IBF) kəmərinin sahibi olan britaniyalı Daniel Dyubuanı nokauta salmaqla yenidən əldə etdiyi mütləq dünya çempionu statusunu itirəcək.
Qeyd edək ki, Cozef Parkerin 33 yaşı var, peşəkar boksda 36 qələbə (24-ü nokautla) və 3 məğlubiyyəti var. Usikin hesabında 24 qələbə var (15 nokaut).