Yer kürəsi böyüklüyündə planet tapıldı: Bir il 5 saata "başa çatır"

Dünən, 17:44           
Yer kürəsi böyüklüyündə planet tapıldı: Bir il 5 saata "başa çatır"
Amsterdam Universitetinin astronomları bir ilin Yer vaxtı ilə 5.4 saata başa çatdığı "TOI-2431b" adlı ekzoplanet kəşf ediblər. Ekzoplanet Yer kürəsindən 117 işıq ili uzaqlıqda yerləşir.

Bu barədə "ArXiv" saytında dərc olunan məqalədə bəhs edilib.

Obyekt "TESS" kosmik teleskopu vasitəsilə kəşf edilib. Alimlərin sözlərinə görə, "TOI-2431b"də bir il ekzoplanetin öz ulduzu ətrafında dövr etməsinin bəşəriyyətə məlum ən qısa dövrlərindən biri hesab edilir. Müqayisə üçün, Yerin Günəş ətrafında dövrə vurması üçün 365 gün tələb olunur ki, "TOI-2431b" isə bu müddət ərzində 1600-dən çox dövr etməyə müvəffəq olur.

Planet öz ulduzuna son dərəcə yaxın yerləşir - cəmi 933 min kilometr . Belə yaxınlıq onun səthini təxminən 2000 Kelvinə (təxminən 1 727 dərəcə Selsi) qədər qızdırır ki, bu da qayaların və metalların əriməsi üçün kifayətdir.

Planet ölçüsünə görə Yerə bənzəsə də, "TOI-2431b" olduqca fərqli xüsusiyyətlərə malikdir. Onun radiusu Yerdən demək olar ki, 1.5 dəfə, kütləsi isə 6.2 dəfə böyükdür.

Yaxınlıqdakı ulduzun yaratdığı güclü qabarma qüvvələri səbəbindən planetin forması deformasiyaya uğrayıb. Alimlər hesab edirlər ki, onun oxlarından biri digərindən təxminən 9% qısadır və bu da "TOI-2431b"yə dairəvi deyil, yastı forma verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru