“Range Rover”in sürücüsü yolun ortasında digər sürücüyə ailəsinin gözü qarşısında hücum etdi-Video

Bu gün, 07:04           
“Range Rover”in sürücüsü yolun ortasında digər sürücüyə ailəsinin gözü qarşısında hücum etdi-Video
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Bakıxanov Ticarət Mərkəzinin yaxınlığında xoşagəlməz insident baş verib.

İbrahimov Ramiz Rasim oğlu Ford Fusion markalı, 77-SR-339 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, sağ tərəfdən ötmə əməliyyatı etməyə çalışan və ara məsafəsini gözləməyən qara rəngli Range Rover markalı avtomobil ilə toqquşma yaşanıb. Qəza nəticəsində nəqliyyat vasitələrində ciddi xəsarət qeydə alınmasa da, hadisə daha təhlükəli bir vəziyyətə çevrilib.

Hadisədən dərhal sonra Range Rover-in sürücüsü avtomobili ilə Ramiz İbrahimovun avtomobilinin qarşısını kəsərək, yanında olan sərnişinlə birlikdə onu hədəfə alıb, fiziki təzyiq göstərib və qeyri-etik ifadələrlə təhqir edib. Daha da təəssüf doğuran məqam isə budur ki, bütün bu hadisələr Ramiz İbrahimovun avtomobilində olan ailə üzvlərinin, o cümlədən azyaşlı uşağın gözü qarşısında baş verib.

Bu kimi halların nəqliyyatda yol hərəkəti təhlükəsizliyi ilə yanaşı, psixoloji və sosial fəsadlara səbəb olması danılmazdır. Azyaşlıların gözü qarşısında baş verən aqressiya və zorakılıq halları cəmiyyətə zərərli nümunə olmaqla yanaşı, uşaq psixologiyasına da mənfi təsir göstərir.
Patrulaz.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru