İngiltərədə bərbəri milyarderlə səhv salıb oğurladılar
Bu gün, 08:50
Londonda quldurlar belçikalı bərbəri kriptovalyuta milyonçusu hesab edərək oğurlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Məlumata görə, 21 yaşlı belçikalı bərbər zəngin kriptovalyuta treyderi zənn edilərək Londonda dörd nəfər tərəfindən oğurlanıb.
Cinayətdə iştirak edən şəxslər saxlanılıb və onlar günahlarını etiraf ediblər. Hazırda həmin şəxsləri uzunmüddətli həbs cəzası gözləyir.
Quldurlar gənc bərbərdən 500 min funt sterlinq tələb ediblər. Lakin araşdırma zamanı məlum olub ki, onun kriptovalyuta hesabında cəmi 6.71 funt var.
Bundan sonra cinayətkarlar bərbəri dostları ilə əlaqə saxlamağa məcbur ediblər. Dostlardan biri dərhal polisə məlumat verib.
Nəticədə quldurlar oğlandan 2 min funt sterlinq alıb, pasportunu və telefonunu qaytarıblar. Daha sonra onu qatar stansiyasına aparıblar və məhz orada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.