İsgəndər Xəlilovun oğlundan "Railgo"da axtarış xəbərləri ilə bağlı açıqlama - VİDEO

Bu gün, 00:13           
İsgəndər Xəlilovun oğlundan "Railgo"da axtarış xəbərləri ilə bağlı açıqlama - VİDEO
Azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarış aparılmayıb.
Bu barədə biznesmenin oğlu video-müraciətində deyib.

Şirkət Rusiyanın “Mash” Telegram kanalının daha əvvəl yaydığı məlumatı təkzib edib.

“Rusiyanın “OOO REILGO” (neft məhsullarının ən iri daşıyıcısı) şirkətinin rəhbərliyi ofisində axtarış aparılması ilə bağlı hər hansı məlumatı rəsmən təkzib edir və məsuliyyətlə bildirir ki, bu gün, 25 iyul 2025-ci il tarixində “REILGO” MMC-nin ofisində iş adi rejimdə aparılıb. “OOO REILGO” şirkəti ilə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilməyib”.

Qeyd edək ki, daha əvvəl Rusiyanın “Mash” Teleqram kanalı məlumat yayıb ki, cümə günü səhər xüsusi təyinatlılar və müstəntiqlər neft məhsullarının daşınması ilə məşğul olan “Railgo” şirkətinin Moskva ofisinə basqın ediblər və Lujnikidəki binada axtarışlar aparılıb: işçilər iş yerlərini tərk edə bilməyiblər, sənədləri götürülüb.

Video-müraciəti sizlərə təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru