MOSKVADAN YERMAKA ZƏNG OLUB - Putinin köməkçisinə bu cavab verilib

Dünən, 16:44           
MOSKVADAN YERMAKA ZƏNG OLUB -
Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başladığı ilk vaxtlarda Prezident Aparatının rəhbəri Andrey Yermak və Prezident Volodimir Zelenski ən pis ssenariyə belə hazırlıqlı olublar və bu anlarda Kremldən maraqlı bir zəng gəlib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Sözügedən zəngin Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak tərəfindən Yermaka edildiyi bildirilir.

Həmin danışıq zamanı Kozakın təhdidi açıq şəkildə olub.

“Zelenskini təslim olmağa razı salın, əks halda tammiqyaslı məhv olacaqsınız”, - deyə o bildirib.

Lakin Yermak bu təhdidə sərt cavab verərək onu təhqir edib və telefonu üzünə bağlayıb.

Nəşr qeyd edir ki, bu hadisə Ukrayna rəhbərliyinin sonadək müqavimət göstərməyə hazır olduğunu göstərən simvolik bir an kimi tarixə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru