“Marsol Group” daxil olan “Arbea İnşaat”ın rəhbərinə qadağa

Bu gün, 00:54           
“Marsol Group” daxil olan “Arbea İnşaat”ın rəhbərinə qadağa
Dövlət layihələrində (tikinti və təmir işləri) iştirak edən “Arbea İnşaat” şirkətinin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

XALQ-ın məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 19689,39 manat borcu yaranıb.

Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi təmin edilmədiyi üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Arbea İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəməyə müraciət edib.

Məhkəmənin qərarı ilə “Arbea İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş qanuni təmsilçisi Məmmədzadə Şamil Kamal oğlunun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru