Böyük Çin səddinin 400 ildən artıq tarixə malik kərpiclərini satan cütlük müəyyən edildi

Dünən, 17:24           
Böyük Çin səddinin 400 ildən artıq tarixə malik kərpiclərini satan cütlük müəyyən edildi
Çinin Şansi əyalətinin Linfen şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları Böyük Çin səddinin qədim hissəsindən götürülən kərpiclərin ticarətinin qarşısını alıblar.

Bu barədə "Guancha" xəbər portalı məlumat verib.

Hüquq-mühafizə orqanları Beyçjunhuan kəndindən olan evli cütlüyün elektron ticarət platformalarından birində kərpicləri satdığını müəyyən ediblər. Qiymət göndərilmə haqqından əlavə, bir ədəd üçün 100 yuan (14 dollar) təşkil edib. Ticarət platformasının məlumatlarına görə, onlar 100-dən çox tikinti daşı satmağa müvəffəq olublar.

Bəzi alıcılar bunların həqiqətən də qədim şəhərin divarından qopan kərpiclər olduğunu yazıblar və yenidən almaq istədiklərini bildiriblər. Daşların aid olduğu divar hissəsi isə Min sülaləsi (1368-1644-cü illər) dövründə tikilib, 400 ildən artıq tarixə malikdir.

Qeyd edək ki, Böyük Çin səddi eramızdan əvvəl 3-cü əsr və Min sülaləsinin hakimiyyəti dövrü arasında inşa edilib. Bütün qolları ilə birlikdə səddin uzunluğu təxminən 21 min kilometrdir. Divar Lyaonin əyalətindən (Çinin şimal-şərqi) Qansu əyalətinə (Çinin şimal-qərbi) qədər uzanır. 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru