Şahzadə Harri və Meqan Markl boşanırlar?

Dünən, 17:54           
Şahzadə Harri və Meqan Markl boşanırlar?
Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Markl iflas və boşanma ərəfəsindədirlər.

Bu barədə "RadarOnline.com" saytı insayderlərə istinadən məlumat verib.

Qeyd olunub ki, cütlüyün boşanmasına onların "With Love" layihəsi çərçivəsində "Netflix" xidməti ilə ortaqlıqlarına son qoyması səbəb ola bilər.

"Meqan və Harri özlərinin 29 milyon dollarlıq malikanələrini və nəhəng əməkdaş heyətini saxlamaq üçün bu razılaşmaya arxalanır. Bu olmadan, eləcə də xərclərin azaldılmasa, onlar iflas həddinə çata bilərlər", - deyə mənbə açıqlayıb.

İnsayderlərin məlumatına görə, "Netflix" şahzadə Harri və Meqan Marklın layihəsini "darıxdırıcı" adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru