Dönərxanada baş verən partlayışın görüntüləri yayıldı - Video

15-02-2017, 20:33           
Dönərxanada baş verən partlayışın görüntüləri yayıldı - Video
Gəncədə dönərxanada partlayış baş verib.

teref.azxəbər verir ki, hadisə Nizami prospekti 183 D ünvanında yerləşən dönərxanada qeydə alınıb.

Dönər hazırlamaq üçün istifadə olunan qurğuda qaz sızması nəticəsində partlayış baş verib.

ARB-nin verdiyi məlumata əsasən, hadisə nəticədə obyektin işçisi - 36 yaşlı Azər Qarayev yüngül bədən xəsarətləri alıb, müştərilər isə təxliyə olunub.

Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru