Saatlı rayonunda ağır yol qəzası baş verib. teref.az-nun APA-ya istinadən məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb. Qatarla minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.