BAKIDA DƏHŞƏTLİ HADİSƏ: “14 yaşlı qızımla 3 nəfər davamlı intim əlaqədə olur”

16-02-2017, 01:08           
BAKIDA DƏHŞƏTLİ HADİSƏ: “14 yaşlı qızımla 3 nəfər davamlı intim əlaqədə olur”
Xəzər rayonunda yeniyetmə qız eyni vaxtda üç gənc oğlanla intim əlaqədə olub.
teref.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, həftənin ikinci günü rayon polis idarəsinin 1-ci polis bölməsinə, Qala qəsəbəsinin 39 yaşlı sakini L.B. müraciət edib. Qadın bildirib ki, 17, 18 və 22 yaşlı 3 cavan oğlan sistemli olaraq onun 14 yaşlı qızı ilə intim əlaqədə olurlar.
Zərərçəkmiş tərəfin verdiyi məlumata görə, cinayətkarlar ilk dəfə onun qızı ilə 2016-cı ilin oktyabrında yaxınlıq ediblər. Həmin vaxtdan etibarən onlar davamlı olaraq qızla intim əlaqədə olublar. Gənclər qızı hədələyiblər ki, bu barədə kiməsə danışsa, ona qarşı fiziki zorakılıq tətbiq edəcəklər. Məlumata görə, ana qızının bakirəliyinin pozulması barədə təsadüfən – qızı telefonla pedofillərdən biri ilə danışarkən xəbər tutub. Cinayətkarlar qızı növbəti görüşə çağırırmışlar. Hər üç şübhəlinin şəxsiyyəti müəyyən edilib. Onların günahları sübuta yetirilməyənə qədər adları açıqlanmayacaq. İşin materialları araşdırılması üçün Xəzər Rayon Prokurorluğuna göndərilib. Hazırda faktla bağlı heç kəs saxlanılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru