Bakıda dəhşətli qəza - 8 maşın bir-birinə dəydi - FOTOLAR

16-02-2017, 01:46           

Bakıda yük maşını zəncirvari yol qəzası törədib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Prospektdəki tunelin çıxışında İmişli rayon sakini Xəlilov Savalan Komsomol oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib.

Sürücünün bildirdiyinə görə, onun avtomobili çınqılla yüklü olub. Ziya Bünyadov prospektində hərəkətdə olarkən VAZ-2104 markalı avtomobil manevrlər etməklə onu çaşdırıb və nəticədə qəza baş verib. Savalan Xəlilov deyib ki, o, avtomobili aşağı sürətlə idarə edirmiş.

VAZ-2104 markalı avtomobilin sürücüsü isə KamAZ-ın yüksək sürətlə hərəkətdə olduğunu, sürücünün yüklü avtomobili saxlamaqda çətinlik çəkdiyini iddia edir. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən birindəki hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Qəzanın səbəbləri dəqiqləşdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru