Ərəblərin 6-təkərli “Galendewagen”ləri Neftçalada batdı

16-02-2017, 23:12           

Azərbaycana ova gələn ərəb turistlərinin 6-təkərli “Galendewagen”ləri Neftçalada palçığa batıb.

teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, motor.ru saytı bu barədə sosial şəbəkələrə istinadən xəbər yayıb. Kadrlara əsasən Mercedes-Benz G 63 AMG 6×6 “Galendewagen” markalı iki avtomobildən biri batıb, digəri isə onu qoşquya alaraq çıxarmağa çalışır. Kadrların nə vaxt çəkildiyi haqda məlumat yoxdur. Həmin avtomobillər ilk dəfə 2013-cü ildə nümayiş etdirilib, 544 at gücünə malik 5.5 litrlik biturbo mühərriklə təchiz olunub. Ov ovlamağa, quş quşlamağa çıxan ərəblərin sevimli “oyuncağıdır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru