Rusiyada Azərbaycanlı vəkil həbs edildi: - 1,5 milyonluq dələduzluq

18-02-2017, 13:26           
Rusiyada Azərbaycanlı vəkil həbs edildi: - 1,5 milyonluq dələduzluq
Rusiyada azərbaycanlı vəkil həbs edilib.

Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, külli miqdarda dələduzluqda təsirləndirilən vəkil Ramiz Məmmədov 5 il müddətə azadlıqdan məhrum edilib. Bununla bağlı Samara şəhər Məhkəməsi qərar çıxardıb.

Məhkəmə istintaqı zamanı bəlli olub ki, Ramiz Məmmədov müdafiə etdiyi şəxsin həyat yoldaşından 1 milyon 500 min rubl (təxminən 43 min manat) pul alaraq, ərini həbsdən azad edəcəyi barədə vəd verib. Lakin azərbaycanlı vəkil verdiyi vəd əməl etməyib.

Qadın şikayəti əsasında o, saxlanılıb. Rusiya qanunvericiliyinin müvafiq maddəsi ilə ona ittiham verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.