Bakıda ana 12 yaşlı qızını küçəyə atdı - VİDEO

18-02-2017, 23:13           
Bakıda ana 12 yaşlı qızını küçəyə atdı - VİDEO
Bakıda 12 yaşlı qız anası tərəfindən küçəyə atılaraq tərk edilib.

Cəmi 12 yaşı olsa da, artıq həyatın ən çətin tərəfi ilə üzləşib, valideynsiz qaldığından Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Anası onu 3 gün əvvəl sığınacağın qarşına qoyaraq çıxıb gedib. Qızcığaz anasının onu tək qoymaması üçün yalvarsa da, bir faydası olmayıb.

Bir müddət küçələrdə qalan qızcığaz, artıq anasını istəmədiyini deyir. Səbəb isə təkcə sığınacağa atılması deyil, daim onun tərəfindən zorakılığa məruz qalmasıdır.

Uşağın sözlərinə görə, yaxşı ana övladına zülm verməyən, ona qayğı göstərən insandır.

12 yaşınadək anası onun təhsil almasına da imkan verməyib. Qızcığazın ən böyk arzularından biri təhsil alıb müəllimə olmaqdır. Ancaq hələlik reablitasiya prosesinə cəlb edilib.

Balaca qızçığaz bununla belə, anasının gələcəyi günü səbrsizliklə gözləyir.

Xəzərxəbər.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.