Təcrübəçi tələbə səhvən bomba hazırlayıb

19-02-2017, 01:33           
Təcrübəçi tələbə səhvən bomba hazırlayıb
İngiltərənin Bristol Universitetində həkimlik təcrübəsi keçən tələbə kimya laboratoriyasında başqa bir təcrübə üzərində çalışarkən bilmədən bomba hazırladı. Bu 2007-ci ildə Londonda 52 adamın öldüyü, 750 adamın isə yaralandığı hücumda istifadə olunan bombaların eynisi olub.

Universitetdən verilən açıqlamada adı göstərilməyən tələbənin 3 fevralda fərqində olmadan TATP olaraq bilinən “Triaseton Triperoksid” hazırladığı bildirilib. Əldə edilən kimyəvi tərkibli maddənin partlayıcı olduğu bilindikdən sonra məktəb boşaldılaraq, partlayıcı bir parkda məhv edilib. Bu partlayıcının Londondan başqa, 2015-ci ildə Paris, keçən il də Brüsseldəki hücumlarda istifadə olunan bombalarla eyni olduğu deyilir.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru