Ramil Usubov oğlunu idarə rəisi təyin edib - RƏSMİ

22-02-2017, 21:30           
Ramil Usubov oğlunu idarə rəisi təyin edib - RƏSMİ
Polis polkovniki Emil Usubov Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib.

teref.az-nun Report-a istinadən xəbərinə görə, bunu DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Sərvər Mehrəliyev xidmət keçmənin son yaş həddi ilə əlaqədar bir müddət əvvəl təqaüdə göndərilib. Bu vəzifəyə DİN-in müvafiq əmri ilə həmin Baş İdarənin rəis müavini, polis polkovniki Emil Usubov təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru