Azərbaycanlı bu gənc cinsini dəyişir - ŞOK VİDEO

13-06-2017, 16:09           

Sebastyan (Səbinə) Kurqunayeva azərbaycanlıdır. Mingəçevir şəhərində doğulub, yaşayıb. O, artıq iki ilə yaxındır ki, ABŞ-a köçüb və orada təhsil alır.

teref.az Lent.az-a istinadən xəbər verir ki, Səbinə doğulduğu cinsi kimliyi qəbul etmir və Amerikada hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarı verib. Özünü daha çox Sebastyan kimi təqdim edən bu gənc hazırda hormon qəbulunun ilkin mərhələsindədir və həkimlərin məsləhəti ilə testesteron qəbul edir.

O, bütün bu prosesi özü videoya çəkir və hormonal dəyişiklikləri gün-gün və anbaan qeydə alır. Sebastyan testesteron qəbulundan sonra bədənində baş verən ən xırda dəyişiklikləri danışır, dərmanların ona necə hiss etdirdiyini açıqlayır.


Sebastyan bildirir ki, bütün bu dəyişiklik prosesini axıra qədər çəkəcək və danışacaq. O, eyni zamanda hər gün özünün bir şəklini çəkdiyini də bildirir. Bunu ona görə edir ki, müalicənin sonunda özü tam effekti görə bilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru