Rusiyada məşhur ekstrasensin meyiti tapıldı

14-06-2017, 08:12           

Rusiyada məşhur olan "Ekstrasenslərin döyüşü" proqramının 7-ci mövsüm finalının finalçısı İlona Novoselovanın meyiti tapılıb.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat veriblər. Verilən məlumata görə, mənzillərin birində yaşı təxminən 30 olan qadın meyiti tapılıb. Araşdırmalar zamanı həmin şəxsin İlona Novoselova olduğu məlum olub.

İ. Novoselovanın meyiti tapılan ev paytaxt Moskvada yerləşir. Qadının meyitinin üzərində cinayət xarakterli əlamətlərin olması barədə isə məlumat verilməyib. Polisdən deyiblər ki, faktla bağlı araşdırmalara başlanılıb. Araşdırmalardan sonra hadisə barədə ətraflı məlumatlar veriləcək.

Qeyd edək ki, İ. Novoselova proqramda 2008-ci ildə iştirak edib. O, finala qədər gələrək sonra öz xahişi ilə proqramdan ayrılıb. Bunu isə ruhların onun proqramda iştirak etməsini istəməməsi ilə əlaqələndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru