İŞİD-in qondarma ali müftisi məhv edilib –Suriyada

21-06-2017, 09:05           

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in "ali müftisi" Turk Al-Bel-Əlinin məhv edildiyini xəbər verib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

"Koalisiya qüvvələri mayın 21-də Suriyanın Məyadin şəhərindəki bombardmanlar nəticəsində İŞİD-in qondarma ali müftisi Turk Al-Ben-Əlini məhv edib" – deyə koalisiyanın xəbərində bildirilir.

Qeyd olunur ki, Al-Ben-Əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində, həmçinin bütün dünyanı terror aktları ilə təhrik etməkdə əsas rol oynayıb.

İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru