Bakıda ailə faciəsi — Tək övlad idi, ürəyindən vurulub öldürüldü

16-07-2017, 13:49           
Bakıda ailə faciəsi — Tək övlad idi, ürəyindən vurulub öldürüldü
Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.

Ölkə.Az Report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdulrəhmanov Nail Natiq oğlu Xanlar küçəsində 4 nəfər tanışı ilə əlbəyaxa dava edib.

Nəticədə N.Abdulrəhmanov ürək nahiyəsindən 4 bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Səbail RPİ-dən verilən məlumata görə, ilkin olaraq 1 nəfər şübhəli şəxs (hələlik adı açıqlanmır) kimi saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, öldürülən şəxs ailənin tək övladı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru