Polis zabitini kim və niyə doğrayıb – Təfərrüat
22-08-2017, 00:21
Cinayət axtarış şöbəsinin xüsusi əməliyyat müvəkkili, 1994-cü il təvəllüdlü Nurlan Vəliyev boynunun arxasının kəsici-deşici yaraları ilə xəstəxanaya çatdırılıb.
Ötən bazar günü Ağstafa Polis İdarəsinin əməkdaşı, Dağ Kəsəmən kəndi yaxınlığındakı Red PETROL yanacaqdoldurma stansiyası ərazisində yaralanıb. Bu barədə Sputnik Azərbaycan-a Ağstafa rayonunun hüquq-mühafizə orqanlarından bildirilib.
Sputnik bundan əvvəl xəbər vermişdi ki, cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, 1994-cü il təvəllüdlü Nurlan Vəliyev boynunun arxasının kəsici-deşici yaraları ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirilər.
Bu arada, polis əməkdaşının hansı şəraitdə yaralanmasının təfərrüatları məlum olub. Cinayət hadisəsi axşam saat 22 radələrində törədilib. Yanacaqdoldurma stansiyasının direktorunun adından Ağstafa RPİ-yə məlumat daxil olub ki, naməlum şəxs stansiya ərazisində bıçaqla dava salıb. Hadisə yerinə yollanan Vəliyev özünü dava edən tərəflərə təqdim edərək, onları qayda-qanuna riayət etməyə dəvət edib. Amma fərdi taksi fəaliyyəti ilə məşğul olan Ramin adlı kişi, polis əməkdaşının çağırışına qulaq asmaq əvəzinə, ona bıçaqla bir neçə zərbə endirib. Bıçaq zərbələrindən biri sol gözün qapaq hissəsinə dəyərək, gözü azacıq zədələyib. Digər zərbələr qular və boyun hissələrinə təsadüf edib.
Məlumata görə, davada iştirak edən iki nəfər saxlanılıb. Amma istintaq tədbirləri baxımından onların adları açıqlanmır.
Faktla bağlı araşdırma davam edir.