İmişlidə dəhşətli hadisə: Valideynlərinin gözü qarşısında özünü asaraq intihar edib

22-08-2017, 00:55           

İmişli sakini özünü asaraq intihar edib.
Avropa.info xəbər verir ki, rayon sakini 1982-ci il təvəllüdlü Fərəcov Sərdar Xələf oğlu özünü valideynlərinin yaşadığı evin həyətindəki yarımtikilidə asıb.
Məlumata əsasən, iki uşaq atası olan S.Fərəcov İmişli Qaz təchizatı idarəsində nəzarətçi işləyirdi. Rayon sakinlərinin Avropa.info-ya verdiyi məlumata görə, Sərdar Fərəcov valideynləri ilə arasında olan münaqişədən sonra, valideynlərinin gözü qarşısında özünü asaraq intihar edib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru