Bakıda ev sahibini döyərək pul tələb edən şəxslər tutulub

22-08-2017, 14:35           
Bakıda ev sahibini döyərək pul tələb edən şəxslər tutulub
Bakıda ev sahibini döyərək pul tələb edən şəxslər tutulub.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.
Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru