Yuxulu maşinist qatarı yerində saxlaya bilmədi

22-08-2017, 15:27           

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub. teref.az xəbər verir ki, bu barədə baku.ws-ə hadisə şahidləri məlumat veriblər.
“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb. “Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, – deyə Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru