Xəstəxanada dəhşət: Yeni uşaq doğan qadın ikiyə bölündü
22-08-2017, 18:07
İspaniyada yeni uşaq dünyaya gətirən 25 yaşlı 3 uşaq anası Rocio Cortes Nunez adlı qadın xəstəxanadakı liftin qatları arasında qalaraq həyatını itirib.
PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bazar günü Sevilyadakı Our Lady of Valme Xəstəxanasında meydana gələn hadisənin, qadın qapıdan çıxarıldığı zaman liftin hərəkət etməsilə baş verdiyi bildirilir.
Ölkə mediasındakı xəbərlərdə, qadının bu hadisə zamanı bədən bütövlüyünün pozulduğu bildirilib.
Nunezin hadisə anında yanında olan yeni doğulan körpəsinin isə xəsarət almadığı qeyd edilib.
Rocio Cortes Nunez adlı qadının dörd və beş yaşlarında iki uşağı daha var.
25 yaşlı Nunezin həyat yoldaşı Xose Qaspar, hadisə səbəbindən evinin yıxıldığını söyləyib: "Bu belə getməz. Bu gün Rocionun başına gəldi, ancaq sabah başqa birinin daha başına gələ bilər".
Ailə bundan başqa, xəstəxanadakı təhlükəsizlik probleminin nədən qaynaqlandığını da bilmək istədiklərini deyir.
Rəsmilər hadisə ilə bağlı istintaq başladıqlarını, ancaq liftin bu ay ərzində keçirilən təhlükəsizlik testini keçdiyini bildirib.