Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb
23-08-2017, 10:03
Çinin Xancou şəhərində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb. Publika.az xəbər verir ki, məhkəmə onlayn alış-veriş sahəsində olan fırıldaqçılıq məsələlərinə, həmçinin onlayn bağlanmış borc müqavilələrinə və müəllif hüquqlarının pozulma işlərinə baxacaq. Dinləmələr və hökmün elan edilməsi videoyayım ilə onlayn yayımlanacaq.