Lənkəranda Ədliyyə Nazirliyinin əməkdaşı bıçaqlanıb

25-08-2017, 00:07           
Lənkəranda Ədliyyə Nazirliyinin əməkdaşı bıçaqlanıb
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Cənub bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Sütəmurdov kənd sakini Hüseynov Ruslan Şahvələd oğlu bıçaq xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Əməliyyat olunan yaralının vəziyyəti normaldır. R.Hüseynovun ədliyyə işçisi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru