Lənkəranda döyülən qadın xəstəxanada öldü

14-01-2018, 01:17           

Lənkəran rayonunda qadın və onun qızı döyülüb.

teref.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Lənkəran rayonunda anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.