İtaliya vətəndaşları Meksikada itkin düşüb

21-02-2018, 07:44           
İtaliya vətəndaşları Meksikada itkin düşüb
İtaliyanın 3 vətəndaşı Meksikanın Halisko ştatında itkin düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluq bildirib ki, italyanlar yanvarın 31-də itkin düşüblər. Lakin onların qohumlarının bununla bağlı müraciəti fevralın 1-də daxil olub. İtkin düşənlərin hamısı Neapol sakinləridir.

"Excelsior" portalının məlumatına görə, itkin düşənlərin qohumları onların yoxa çıxmalarının yerli polislə əlaqədar olmasını güman edirlər. Çünki italyanlar itkin düşməzdən əvvəl telefonla qohumlarına polis patrulu tərəfindən saxlanılmalarını, asayiş keşikçilərinin onlarla getmələrini tələb etmələrini xəbər veriblər. Bundan sonra onlarla əlaqə kəsilib.

Halisko hakimiyyəti polislərin əcnəbilərin yox olmasında əlaqəsinin olması haqqında məlumatları təkzib edib Ştatda bu iş araşdırma başlayıb və istintaq hərəkətləri aparılır. Prosesə İtaliyanın bu ölkədəki səfirliyi də qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru