Sevastopolda qədim gəminin qalıqları tapılıb

21-02-2018, 07:45           
Sevastopolda qədim gəminin qalıqları tapılıb
Krımın qədim Roma tarixi dövründə, indiki Sevastopol sahilində eramızın II-III əsrlərində batmış gəminin qalıqları Belbek çayının dibində arxeoloqlar tərəfindən sudan çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun sualtı arxeoloji ekspedisiyasının başçısı Viktor Lebedinski TASS-a bildirib.

Lebedinskinin sözlərinə görə, əməliyyatın gedişatında suyun dibindən iki lövbər və s. əşyalar çıxarılıb. Bu əşyalar eramızın II-III əsrinə aiddir.

Bütün tapıntılar Sevastopol Dövlət Universitetinin Dəniz Tədqiqatları və Texnologiyalar Mərkəzinə aparılıb. Orada alimlər artefaktları öyrənəcəklər.

Tədqiqatçılar aşkarlanmış hissələrin saxlanılması üçün xüsusi məhluldan istifadə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru