“Quql” yeni xidmətini təqdim etdi

22-02-2018, 09:46           
“Quql” yeni xidmətini təqdim etdi
“Google” şirkəti “Android Pay” xidməti və “Google Wallet” pul kisəsini özündə birləşdirən “Google Pay” ödəmə xidmətini istifadəyə verib. Bu haqda “Google”un bloqunda məlumat verilib.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, yeni mobil proqram istifadəçilərə smartfonun köməyi ilə adi mağazalarda, “Chrome” brauzeri və kənar proqramlarda, həmçinin “Google Assistant” səsli köməkçisi vasitəsilə alış-veriş etməyə imkan verəcək. Bundan başqa, sözügedən mobil proqramdan Kiyev, London və Portlenddə gediş haqqının ödənişində istifadə etmək mümkün olacaq.

“Google”un məlumatında “Google Pay” xidməti üzərindən edilən ödənişlərin təhlükəsizliyi diqqətə çatdırılır. Məsələn, xidmət satıcılara istifadəçinin kart məlumatlarını deyil, yalnız onun üçün yaradılmış virtual hesab nömrəsini təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru