Slovakiyada avtomobil uşaqlara çırpılıb, 12 nəfər xəsarət alıb

23-02-2018, 07:53           

Slovakiyanın Poprad şəhəri yaxınlığında minik avtomobili 5-12 yaşlarında olan bir qrup uşaqlara çırpılıb, 12 nəfər xəsarət alıb.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, sürücünün döngədə idarəetməni itirməsi qəzaya səbəb olub. Nəticədə avtomobil damı üstə aşaraq yolun kənarı ilə gedən bir qrup qaraçı uşaqlara çırpılıb.



Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, 4 nəfərin – orta ağır, qalanların isə yüngüldür.



Polis araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru