Abşeronda polis mayorunu maşın vurdu

10-03-2018, 10:28           
Abşeronda polis mayorunu maşın vurdu
Abşeron rayonunun Xırdalan şəhərində yolu keçən polis əməkdaşını maşın vurub.

Report xəbər verir ki, hadisə 1979-cu il təvəllüdlü Rüstəmov Xəyyam Yusif oğlu M.Hüseynzadə küçəsində yerləşən "Araz" marketin qarşısından yolun digər tərəfinə keçən zaman baş verib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis mayoru X.Rüstəmov Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi fəaliyyət göstərir.

Faktla bağlı sözügedən idarədə araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru