Rusiya növbəti dəfə Türkiyə məhsullarını müsadirə etdi

21-03-2018, 20:18           

Belarus üzərindən Rusiyaya qanunsuz yolla keçirilməyə çalışan Türkiyəyə məxsus pomidorlar müsadirə edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Məhsulları Nəzarət Agentliyi məlumat yayıb.

Bildirilir ki, iki yük maşınında 17,29 ton pomidor aşkar edilib. Pomidorların Rusiya ərazisinə keçirilməsi üçün lazım olan sertifikat olmadığı üçün məhsul məhv ediləcək.

Qeyd edək ki, bu ilin yanvar ayında da Belarusdan Rusiyaya qanunsuz olaraq 120 tondan artıq Türkiyə pomidoru və Polşa meyvələrini keçirən 6 TIR saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru