Oğlunun boğazını üzən ata TUTULDU - Lənkəranda

22-03-2018, 01:21           
Oğlunun boğazını üzən ata TUTULDU - Lənkəranda
Oğlunun boğazını kəsən ata tutulub.

teref.az report-a istinadən xəbər verir ki, ötən gecə şəhər ərazisində baş verən ailə münaqişəsi zamanı 1999-cu il təvəllüdlü Əli Yaqubzadənin boğazını kəsən İlham Yaqubov tutulub.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 1999-cu il təvəllüdlü Ə.Yaqubzadə əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Saxlanılan İlham Yaqubov hadisə baş verdiyi an özündə olmadığını bildirib. Hər şeyin anidən baş verdiyi, həyat yoldaşı ilə mübahisə etdiyi zaman əlindəki butulkanın sındığı və oğlunun onları ayırmaq istədikdə xəsarət aldığını deyib. hadisə Lənkəranda baş verib.

Faktla bağlı cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru